AZ

Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan Bəyanat

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi düşmənin  otuzillik işğalına son qoydu və ölkəmizin  şanlı Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfər  Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Ermənistan ordusu noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökdü, məğlub olduğunu qəbul etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.

Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında xalqa müraciət edərək, müjdəli Zəfər xəbərini xalqa çatdırdı. Bu günün ölkəmiz üçün tarixi bir gün olduğunu vurğulayan ölkə başçısı imzalanan Bəyanatın müddəlarını bir - bir xalqa izzah edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu  bildirib.

Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi.  20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi və  hər üç rayon Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ağdam, Kəlbəcər, Laçın şəhərlərinin bir güllə atmadan, şəhid vermədən işğaldan azad edilməsi əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu düşünülmüş, düzgün  siyasətin məntiqi nəticəsi , eyni  zamanda ölkəmizin diplomatik Zəfəri kimi tarixə yazıldı. Bununla da Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Zəfər əldə etdi. Bu zəfər həmçinin onu nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Onun sayəsində Azərbaycan öz istədiyinə nail olur.

Prezident  İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Qarabağa heç bir status verilmədi. Ümumiyyətlə Statusdan söhbət getmədi. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin olmadığı, Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisi olduğu, Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətində olduğu öz əksini tapdı.  Bəyanata əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Məcburi köçkünlər və qaçqınlar Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi Bəyanatda yer alan əsas bəndlərdən idi.

10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü öhdəlikləri əməl etməyə, öz hərbi hissələrini Azərbaycan ərazilərindən çıxarmağa tələsməyən, tez- tez təxribatlar törədən  Ermənistan tərəfi vadar etdi ki, Silahlı Qüvvələrimiz bir daha öz gücünü nümayiş etdirsin. 2023- cü ilin  sentyabr ayının 19-da Azərbaycan Ordusu antiterror tədbirləri həyata keçirərək, terrorcu dəstələri zərərsizləşdirdi və nəticəsində ölkəmiz özünün bütün ərazilərində suverenliyinin tam bərpa etdi.

Bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan artıq işgaldan azad edilmiş ərazilərin bərpası , qısa zamanda keçmiş məcburi koçkünlərin öz doğma ata – baba yurdlarına qayıtması üçün çalışır. Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə bu ərazilərdə sürətli bərpa  quruculuq işləri həyata keçirilir. Artıq Böyük qayıdış proqramına əsasən keçmiş məcburi  köçkünlərin bir qisminin öz torpaqlarına qayıdışı təmin edilib.

Beləliklə, 10 noyabr 2020- ci ildə imzalanmış bu Bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası demək idi. Ölkəmizin  şanlı qələbəsini rəsmiləşdirən Bəyanat eyni zamanda döyüş meydanında qazanılmış qələbələrin  siyasi müstəvidə də qazanılmasını təmin etdi.

Seçilən
41
50
yeniazerbaycan.com

10Mənbələr