AZ

Nigar Arpadarai: Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir

Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir.

Bunu BMT-nin COP29-da İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib.

Onun sözlərinə görə, Xəzər dənizi Azərbaycan və region üçün həyati əhəmiyyətli bir sərvətdir:

"Çünki sahilyanı dövlətlərin ən böyük təbii ehtiyatıdır, biomüxtəlifliyimizi, iqtisadiyyatımızı və icmalarımızı dəstəkləyir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat qovşağıdır, bir sıra beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir. Digər tərəfdən, Xəzər dənizi ətraf ölkələr üçün biomüxtəliflik mənbəyi, bu dövlətlərin iqlim sistemləri və ekosisteminin çox vacib hissəsidir".

Seçilən
35
3
aznews.az

7Mənbələr