AZ

Putin doktrina imzaladı - Bu halda nüvə silahı işə düşə bilər

Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. 

"Unikal" xəbər verir ki, yeni nüvə doktrinası Ukraynanın NATO raketləri ilə Rusiyanın sərhədlərinə hücum edəcəyi təqdirdə nüvə cavabı ehtimalını mümkün edir.

Yeni qaydaya əsasən, Rusiya “kritik təhlükə altında olduğu qənaətinə gələrsə” ballistik silahlara qarşı nüvə cavabı verə biləcəyini açıqlayıb.

İmzalanan sənəd Rusiyanın nüvə silahından istifadə etmədən öz nüvə silahını işə salmayacağına dair öhdəliyini dəyişdirir. 

Rusiya bu sənədlə nüvə müharibəsinə başlaya biləcəyini rəsmən ifadə etmiş oldu.

Zərifə Nağıyeva 

Seçilən
14
35
unikal.az

10Mənbələr