AZ

AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi komanda 800 manat cərimə edilib.

“Turan Tovuz” azarkeşləri isə “Səbail”lə matçda meydançaya kənar əşya atdıqları üçün klubu 800 manat ziyana salıblar.

Seçilən
7
5
unikal.az

7Mənbələr