AZ

COP for HOPE: Ümid edirəm ki, tərəfdaş ölkələr COP29-da maliyyə danışıqlarında kompromisə gedə biləcək - Norveçli səfir

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Norveçin Kanberradakı səfiriPaul Gulleik Larsendir.

Müsahib Trend-ə özəl açıqlamasında bildirib ki,tərəfdaş ölkələr Bakının ev sahibliyi etdiyi COP29-da böyük məsələolan maliyyə danışıqlarında kompromisə gedə biləcəklər və Parisdəüzərlərinə götürdükləri 1,5° öhdəliyə sadiq olacaqlar.

O, tərəfdaş ölkələrin COP29-da maliyyə məsələsində kompromisəgedə biləcəklərinə ümidvar olduğunu deyib: "Ümid edirəm ki,tərəfdaş ölkələr Bakının ev sahibliyi etdiyi COP29-da böyük məsələolan maliyyə danışıqlarında kompromisə gedə biləcəklər və Parisdəüzərlərinə götürdükləri 1,5° öhdəliyə sadiq olacaqlar.

Hesab edirəm ki, orta gəlirli, zəngin ölkələr kasıb ölkələrin,daha az inkişaf etmiş ölkələrin maliyyələşdirilməsinə töhfəverməlidirlər".

"Bəzi vacib məsələlərdə razılaşamalar əldə olunsa da, böyükmaliyyə paketi üzərində razılıq çətin ola bilər. Bununla bağlı dahaçox müzakirənin aparılmasına ehtiyac duyula bilər. Lakindanışıqlarda birbaşa iştirak etmədiyim üçün maliyyə məsələsindəkonkret nəticənin əldə olunacağını dəqiq deyə bilmərəm", - deyə oqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr