AZ

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü əməkdaşlığı və mövcud tərəqqini gücləndirmək məqsədi daşıyır

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü ilə COP29 Sədrliyinin ambissiyası bu əməkdaşlıq imkanını qalıcı mirasa çevirməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələrdə deyib.

Nazir qeyd edib ki, mövcud imkanları gücləndirmək və aqro-ərzaq sektorunda çalışan bütün insanları maarifləndirmək əsas məqsədlərdəndir: “Harmoniya Təşəbbüsü Texniki Əməkdaşlıq Təşkilatı vasitəsilə həyata keçirilən BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğundur. Bu təşəbbüs əməkdaşlığı və mövcud tərəqqini gücləndirmək məqsədi daşıyır”.

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr