AZ

Türkiyə ilə Ermənistan artasında nə baş verir? - Azərbaycan heç bir halda...

“Türkiyə əsas şərtlərdən biri kimi, Ermənistanın və onun havadarlarının saxta erməni soyqırımından əl çəkməsi müqabilində kommunikasiyaların açılması məsələsini müzakirə edib və praktiki addımlar ata bilər”.
 
Bu sözləri Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyib. Qeyd edib ki, Azərbaycan və Ermənistan Respublikaları arasında münasibətlərin normalaşması prosesinə paralel olaraq, Türkiyə Respubilkası ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində bir hərəkətlənmə müşahidə olunmaqdadır:
 
Elşad Mirbəşir oğlu: “COP29 amilindən Azərbaycana qarşı təzyiq vasitəsi  kimi istifadə olunur”
 
“Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib və Türkiyə ilə Ermənistan arasında təmasların qurulması istiqamətində müvafiq müzakirələr həyata keçirilməkdədir.
 
Azərbaycan etibarlı sülh əldə etmək niyyətindədir və gələcəkdə heç bir halda Ermənistanın revanş etmə imkanının qalmasına yol verməyəcəyini də nümayiş etdirir. Ermənistanda Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqları dərk edərək davranmalıdır. Həm Azərbaycan həm də Türkiyə, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün olmasında maraqlıdır. Cənubi Qafqaz regionunda uğurlu əməkdaşlıq, etibarlı sülh şəraiti, təhlükəsizlik mühiti formalaşacaqsa, bütün region dövlətləri burada  uğur qazanacaq. 
 
Ümumilikdə cərəyan edən proseslər bütövlükdə Cənubi Qafqazda, Azərbaycanın iradəsi ilə yaranmış yeni geyosiyasi reallıqlar və təhlükəsizlik mühiti fonunda cərəyan etməlidir. Ermənistan konstruktiv mövqe nümayiş etdirəcəksə, bütün qonşular ilə münasibətdə düşmənçilik hisslərindən və ritorikasından əl çəkəcəksə bu onlar üçün  müsbət nəticə olacaq. Bildiyimiz kimi, Ermənistan hər zaman Türkiyə ilə münasibətdə də qondarma erməni soyqırımı məsələsi üzərindən sistemli, siyasi, diplomatik hücumlar təşkil edirdi. Düşünürəm ki, Türkiyə tərəfi bu məsələni də əsas şərtlərdən biri kimi müəyyənləşdirəcək.
 
Ermənilər iddia edirdilər ki, Türkiyə tərəfindən guya 1915-ci ildə ermənilərə qarşı soyqırımı aktı törədilib. Ermənistan tərəfi bununla bağlı Türkiyəni hər zaman əsassız ittiham edir. Düşünürəm ki, Türkiyə əsas şərtlərdən biri kimi, Ermənistanın və onun havadarlarının saxta erməni soyqırımından əl çəkməsi müqabilində kommunikasiyaların açılması məsələsini müzakirə edib və praktiki addımlar ata bilər”.
Seçilən
12
moderator.az

1Mənbələr