“Bu il 40 min şəxsə əlillik təyin olunub”.
“Onun sözlərinə görə, bunun da yarısı təkrar, yarısı da ilkin təyinat olub. Vətəndaşlar yerlərdə əlilliklə bağlı ƏƏSMN-ə yox, tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri onları müayinə edir və uyğundursa, formanı Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinə göndərirlər”, - deyə nazir bildirib.
S.Babayev əlavə edib ki, 16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub: “Növbəti il üçün də proqram hazırlanır. Həmin proqram çərçivəsində Bakı üzrə növbəlilik 2 dəfə tam şəkildə icra olunub. Ümumilikdə 7770 şəhid ailə üzvü və qazilərə avtomobil təqdim olunub”.