AZ

Uruqvay COP29-da davamlı iqlim maliyyələşdirməsinin vacibliyini vurğulayıb

Bakı. Trend:

Uruqvay Paris Sazişinə və iqlim dəyişikliyi ilə mübarizə üzrəqlobal tədbirlərə sarsılmaz bağlılığını təsdiqləyir.

Trend xəbər verir ki, bubarədə Uruqvayın ətraf mühit naziri Robert Daniel Buvye TorteroloCOP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Üzləşdiyimiz iqlim böhranı ümumi, lakin fərqləndirilmişməsuliyyət prinsipinə əsaslanan qlobal əlaqələndirilmiş tədbirləritələb edir. Bu çağırış hamımıza aiddir və əhalimizi və həyatımızıdəstəkləyən ekosistemləri qorumaq üçün birgə hərəkət etməliyik ", -deyə Buvye Torterolo qeyd edib.

Nazir inkişaf etməkdə olan ölkələr üçün iqlimmaliyyələşdirilməsinin vacibliyini və iqlim tədbirləri üçün YeniKollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbul edilməsinin əhəmiyyətinivurğulayıb.

"Yalnız adekvat maliyyələşmə şəraitində biz iqlim dəyişikliyinintəsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün zəruri tədbirlərihəyata keçirə bilərik", - deyə o bildirib.

Uruqvay, əsasən, sahilyanı əhalisi olan və kiçik ərazisi iləiqlim dəyişikliyinin təsirlərinə həssas olan bir ölkədir. Butəhdidlərə cavab olaraq, ölkə kənd təsərrüfatı, sahilyanı ərazilər,şəhərlər və infrastruktur, eləcə də enerji sahələrini əhatə edəndörd milli uyğunlaşma planı hazırlayıb.

"Əldə edilmiş irəliləyişlərə baxmayaraq, biz bu planların həyatakeçirilməsində daha da irəliləməliyik və bu, əsasən, onlarınmaliyyələşdirilməsi üçün mövcud və dayanıqlı resurslardan asılıolacaq", - deyə nazir vurğulayıb.

Buvye Torterolo, həmçinin, Uruqvayın iqlim dəyişikliyinintəsirlərini azaltmaq üçün aktiv yanaşmasını qeyd edib. Ölkə qlobalistixana qazı emissiyalarının cəmi 0,05 faizini təşkil etsə də,karbon izi azaltmaqda əhəmiyyətli irəliləyişlər əldə edib.

"Elektrik enerjimizin 95 faizindən çoxu bərpa olunan enerjimənbələrindən gəlir", - deyə o bildirib.

Bundan əlavə, Uruqvay ekoloji təmiz hidrogenə keçidin ikincimərhələsinə doğru irəliləyir. Ölkə həmçinin Milli Dayanıqlı ŞəhərMobilliyi Siyasətini həyata keçirməyə başlayıb və kəndtəsərrüfatında emissiyaları əhəmiyyətli dərəcədə azaldıb,dayanıqlıq və məhsuldarlığın bir arada mümkün olduğunugöstərib.

Dekabr ayında Uruqvay ikiillik şəffaflıq hesabatını təqdimedəcək. Bu hesabatda ölkənin iqlim dəyişikliyi hədəflərinə nailolmaq istiqamətində əldə etdiyi uğurlar və qarşılaşdığı çağırışlaryer alacaq. Bundan əlavə, 2025-ci ilin fevralında Uruqvay öz üçüncümilli töhfəsini (NDC) təqdim edəcək və iqlim dəyişikliyi iləmübarizə üçün yeni konkret öhdəliklər irəli sürəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr