AZ

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının milli azlıqlara dair hesabatını tənqid edir

Azərbaycan Xarici İşlər Nazirliyi Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin Beşinci Rəyinə reaksiya verib.

8 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kənara çıxır. Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməni əsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir.

Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur.

Məşvərət Komitəsinin digər etnik qruplara etinasızlıq göstərildiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Komitənin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir, nazirlik hesab edir.

Çərçivə Konvensiyasının təkcə milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutmadığı, eyni zamanda, qanunun aliliyinə və əlaqədar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət edilməsinin zəruriliyinə əsaslandığı həmçinin bir daha qeyd olunmalıdır. Buna baxmayaraq, rəydə birtərəfli qaydada  erməni sakinlərinin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kateqoriyaya aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur, Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Qeyd olunur ki, etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməkdədir.

Seçilən
13
18
turan.az

10Mənbələr