AZ

AFFA-dan hakimləri təhqir və təhdid edən məşqçiyə sərt cəza

AFFA “Mingəçevir”in məşqçisi Namiq İbrahimlini sərt şəkildə cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.

Qərarda qeyd edilir ki, İbrahimli 1-ci liqanın 8-ci turunda “Bakı Sportinq”lə oyununun 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə alıb, daha sonra hakimləri təhqir və təhdid edb. Buna görə də İntizam Komitəsi məşqçini 5 oyunluq cəzalandırıb. Həmçinin “Mingəçevir” 400 manat cərimə edilib.

Qeyd edək ki, həmin oyunu Kamran Əliyev (baş hakim), Rasim Axundov, Zakir Şükürzadə (laysmanlar) və Şamil İmanzadə (ehtiyat hakim) idarə ediblər.

Oyunda "Bakı Sportinq" "Mingəçevir"ə 2:1 hesabı ilə qalib gəlib.

Seçilən
19
5
football-plus.az

6Mənbələr