AZ

Türkiyədə IV əsrə aid heykəlin itmiş başı tapılıb

Türkiyədə

Türkiyənin Dənizli şəhərinin Tripolis Antik Şəhərində aparılan qazıntılar zamanı eramızın 4-cü əsrinə aid yüksək rütbəli dövlət idarəçisinin heykəlinin itmiş başı üzə çıxıb.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

“Tripolis Qədim Şəhərində aparılan qazıntılar zamanı eramızın 4-cü əsrinə aid yüksək rütbəli bir dövlət idarəçisinin heykəlinin itkin başı üzə çıxarılıb. Antonius Philagrios adlı dövlət idarəçisinə məxsus olan bu heykəlin bədən hissəsi 2018-ci ildə tapılıb və Dənizli Hierapolis Arxeologiya Muzeyində saxlanılır. İndi bütün parçaların bir araya gəlməsi ilə tarix yenidən canlanacaq. Keçmişin izlərini gələcəyə daşımağı hədəfləyən bu əsərlər mədəni irsimizin qorunub saxlanmasına mühüm töhfə verəcək”, - deyə nazir qeyd edib.

V. QULİYEV
Seçilən
26
reyting.az

1Mənbələr