AZ

Onkologiya icbari tibbi sığortaya daxil edilə bilər

Heç kim inkar etmir ki, səhiyyə sahəsində islahatlarla yanaşı, bir sıra problemlər də var. Bu sahədə abadlıq işləri aparılır. Xərçəng problemi cəmiyyəti narahat edir. Gələn il bu sahəyə 60 milyon manata yaxın vəsait ayrılıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bu məsələdə institusional yanaşma lazımdır.

“Biz müvafiq dövlət qurumları ilə birlikdə bu sahəyə necə vəsait ayıra biləcəyimizə baxmalıyıq, sizi əmin etmək istəyirəm ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq”.

Seçilən
21
6
oxumeni.az

10Mənbələr