AZ

Peskov: "Ukraynanın bu addımı nüvə cavabı ilə nəticələnə bilər"

"Ukrayna Silahlı Qüvvələrinin yeni nüvə doktrinasına uyğun olaraq, Rusiyaya qarşı Qərbin qeyri-nüvə raketlərindən istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər". 

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kiyevin uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək niyyəti ilə bağlı xəbərlərdən sonra Rusiya hərbçiləri vəziyyəti çox diqqətlə izləyir:

"Yeni nüvə doktrinasına görə, Rusiya suverenlik və ya ərazi bütövlüyü üçün kritik təhlükə yaradan, Moskvaya və ya Belarusa qarşı adi silahlardan istifadə etməklə təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü birgə hücum hesab olunur".

Gülşən Şərif

Seçilən
0
1
bakivaxti.az

3Mənbələr