"Reddit" istifadəçisi olan iki nəfər "iPhone 16" smartfonlarının başqalarının söhbətlərini səsləndirməsindən şikayətlənib və hələlik heç kim bunun səbəbini izah edə bilmir.
Publika.az xəbər verir ki, bu barədə "Phonearena.com" məlumat yayıb.
"Reddit" istifadəçisi bildirib ki, telefondan qəfildən kişi səsi, sonra isə qəza səsləri eşidilib. Təəccüblənən istifadəçi "iPhone"unu yoxlayıb və heç bir proqramın işləmədiyi məlum olub. Naməlum kişinin söhbəti bir müddət davam edib və sonda məlum olub ki, o, qəzaya düşüb. İki gün sonra problem təkrarlanıb və istifadəçi telefonla danışarkən birinin nalayiq sözlər işlətdiyini eşidib.
Başqa bir "iPhone" istifadəçisi də problemi oxşar şəkildə izah edib, lakin onun vəziyyətində eşitdiyi söhbətlər daha adi olub. Onun smartfonu bir kişi ilə iş yoldaşları arasında telefon danışığını səsləndiririb. İstifadəçi hansı proqramın işlədiyini öyrənmək üçün smartfonu yoxlayıb və heç bir problem görməyib.