AZ

U-17 millimiz Avro-2025-in seçmə mərhələsində ilk xalını qazandı

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Buftya şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

U-17 millimiz daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə məğlub olub.

Qrupun digər matçında isə Yunanıstan və Macarıstan milliləri üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib - 2:2.

Bu nəticədən sonra.Azərbaycan millisi qrupda 1 xalla sonuncu yerdədir. 

19 noyabr

Avro-2025-in seçmə mərhələsi

14:00. Azərbaycan (U-17) - Rumıniya (U-17) - 1:1

Qollar: Rares Koman, 40 (0:1), Əlibəy Mahmudov, 82 (1:1)

Rumıniya Milli Futbol Mərkəzinin stadionu

14:00.Yunanıstan (U17) - Macarıstan (U-17) - 2:2

Xallar: Yunanıstan - 7, Macarıstan - 5, Rumıniya - 2, Azərbaycan - 1.

Seçilən
1
4
teleqraf.com

5Mənbələr