AZ

İsrail cəbhəyə qadın əsgərlər göndərir

İsrail Livan və Qəzzaya qarşı işğalçılıq siyasətini genişləndirərkən, hərbi boşluğu doldurmaq üçün ilk dəfə olaraq qadın əsgərlərini birbaşa əməliyyat bölgələrinə göndərir.

Turkustan.az xəbər verir ki, Bu addım İsrail ordusunun canlı qüvvəsinin azlığını sübut edir.
Cənubi Livanda qadın əsgərlərin vəzifələri kəşfiyyat məlumatlarının toplanması, üsyançıların tələyə salınması və hücum hədəflərinin müəyyən edilməsinə yönəlib. Sahədəki mənbələr qadın əsgərlərin təxribat əməliyyatlarında iştirak etdiyini və müqavimət bölgələrində fəal rol oynadığını bildirir. Lakin əməliyyat zamanı baş verən yanğın səbəbindən əsgərlərin təxliyyə edilməli olması İsrail ordusunun sahədəki çətinliklərini ortaya qoyur.

Digər tərəfdən, İsrail ordusunun ABŞ istehsalı olan sursatlardan asılı olması və sursat çatışmazlığı işğal əməliyyatlarını dayanıqsız edir. Müqavimət qüvvələrinin artan müqaviməti və beynəlxalq ictimaiyyətin tənqidi İsrailin hərbi və siyasi baxımdan tənəzzülə uğradığını göstərir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr