AZ

Gürcüstan hakimiyyəti müxalifətdən parlamentə daxil olmağı xahiş etməyəcək

Gürcüstan hakimiyyəti 2020-ci il parlament seçkilərindən fərqli olaraq, müxalifətdən parlamentə girib işə başlamağı xahiş etməyəcək.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib.

“Mən sizə zəmanət verirəm ki, bizim tərəfimizdən heç bir xahiş və ya vəsatət olmayacaq. Əvvəlki vəziyyətdən fərqli olaraq, biz bunu gizlətmədiyimiz zaman məsləhətləşmələrə getdik və parlamenti doldurmağa çalışdıq. İndi bu, bizi qətiyyən maraqlandırmır. Qoy istədiklərini etsinlər”, - Mdinaradze bildirib.

Onu da qeyd edək ki, seçkilərdə hakim partiya 54 faiz səs toplayaraq parlamentdə üstünlük əldə edib. Müxalifət saxtakarlıq edildiyini əsas gətirərək parlamentin legitimliyini tanımır. Bir çoz Avropa dövlətləri cə üst qurumları da müxalifətin tərəfindədirlər. Əgər müxalifət parlamenti boykot edərsə, bu, Gürcüstanın Avropaya inteqrasiyasına ciddi zərbə olacaq.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr