AZ

BDU-ya 176 əcnəbi tələbə qəbul olunub

Bakı Dövlət Universitetinə (BDU) 2024-2025-ci tədris ilində 176 əcnəbi tələbə qəbul edilib. Bunlardan 61-i hazırlıq sektoruna, 16-sı doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə qəbul olub. 14 nəfər Hökumətlərarası Təqaüd Proqramı, 22 nəfər isə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində BDU-da təhsil almaq hüququ qazanıb.Universitetdən SİA-ya verilən məlumata görə, BDU-da ümumilikdə 411 nəfər əcnəbi tələbə təhsil alır.

Otuz iki ölkəni (ABŞ, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Belarus, İran, Pakistan, Sudan, Misir, Serbiya, Rumıniya, Mərkəzi Afrika Respublikası, Əlcəzair, Qambiya, Zambiya, Tayland, Sent-Vinsent və Qrenadinlər, Çad, Banqladeş, İndoneziya, İraq, Komor adaları, Kamerun, Fil Dişi Sahili, Keniya) təmsil edən əcnəbi tələbələr əsasən psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, iqtisadiyyat, jurnalistika, informasiya təhlükəsizliyi, təhsildə sosial-psixoloji xidmət ixtisaslarına üstünlük veriblər.

Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.

Seçilən
4
2
sia.az

3Mənbələr