AZ

Hansı tərkibdə olan mürəbbə sağlamlığa faydalıdır?

Tərkibində az miqdarda şəkər olan mürəbbə ən faydalı hesab olunur.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Mixail Qinzburq “Moskva 24” telekanalına bildirib. Onun sözlərinə görə, şirin qidalar hipertoniya, şəkərli diabet və ateroskleroza səbəb ola bilər.

“Şəkəri azaltmağın ən asan yolu pektin miqdarını artırmaqdır. Mürəbbəyə bir az pektin və şəkər əlavə edib bişiririk. Darçın və mixək kimi ətirli ədviyyatlar da çox yaxşıdır. Və biz nə çox şirin, nə də zərərli olmayan mürəbbə əldə etmiş olacağıq”, - diyetoloq izah edib.

Həkim qeyd edib ki, şəkər mürəbbənin uzun müddət saxlanmasına kömək edir. Lakin böyük həcmdə bişirməmək tövsiyə olunur. Həmçinin aoyuducuda saxlanılmalıdır. Adətən orada bir aya qədər saxlamaq mümkündür.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr