AZ

Ukraynada müharibə başlayandan bəri bu qədər dinc sakin həlak olub

Rusiya-Ukrayna müharibəsindən bəri ən azı 12 min 162 mülki şəxsin həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lorens BMT-nin mətbuat konfransında açıqlayıb.

Lorens bildirib ki, bu prosesdə həm münaqişələr zamanı, həm də işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulması gündəlik rəftara çevrilib.
 
\"Biz bütün tərəfləri mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırırıq” - deyə Lorens əlavə edib.
 
Lorens bəyan edib ki, pozuntu iddiaları olduqda tam və qərəzsiz araşdırma aparılması üçün təsirli tədbirlər görülməlidir.

Lorens xatırladıb ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Rusiyaya silahlı hücumları dərhal dayandırmağa və bütün hərbi qüvvələrini Ukraynadan çıxarmağa çağırışını təkrarlayıb.
 
Mikayıl
Seçilən
19
azxeber.com

1Mənbələr