Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Camalov Firqət Kərim oğlu vəzifəsindən azad edilib.
Redaktor.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev müvafiq əmr imzalayıb.
Digər əmrlə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə Mirzəyev Oktay Səftər oğlu təyin olunub.