AZ

Gürcüstan prezidenti seçkilərin ləğvi üçün konstitusiya məhkəməsinə müraciət edib

Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinə müraciət edərək parlament seçkilərinin nəticələrinin saxta olduğunu elan etməsini istəyib. bu barədə jurnalistlərə Zurabişvilini məhkəmədə təmsil edəcək Eka Beseliya bildirib.

"Bu iddia iki konstitusion hüququn pozulması ilə bağlıdır. Birincisi, ümumbəşərilik prinsipinin pozulmasıdır ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın nəinki konstitusion hüquqlarının məhdudlaşdırılması, həm də seçkilərdə iştirakının qadağan edilməsində özünü göstərir. İkinci mühüm prinsip səsvermənin gizliliyidir, səsvermənin gizliliyinin pozulması ilə bağlı konstitusiya standartını pozan birdən çox sübut var”.

O bildirib ki, Konstitusiya Məhkəməsinin iddianın baxılması üçün qəbul edilib-edilməməsi barədə qərar vermək üçün üç gün vaxtı var. Əgər iş qəbul olunarsa, məhkəməyə hökm çıxarmaq üçün 30 gün vaxt verilir. Zurabişvili seçkilərin saxtalaşdırılması üçün bazar ertəsi məhkəməyə müraciət edəcəyini açıqlayıb.
 
Aytac

www.anews.az
Seçilən
28
1
anews.az

2Mənbələr