Bakıda səfərdə olan "Barselona"nın prezidenti Xuan Laporta burada aşağı yaş qruplarından ibarət komandalarla görüşüb.
62 yaşlı funksioner "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Səbail" və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
İspaniya təmsilçisinin başqanı oyunçularla söhbət edib, onların formalarını imzalayıb.
SOCAR-ın sabiq funksionerlərindən Adnan Əhmədzadənin müşayiəti ilə görüş yerinə gələn Laporta bəlkə də bu səviyyədə diqqət gözləmirdi.
Azyaşlı futbolçular onun başına pərvanətək dolanırdı…
SPORTİNFO.AZ