AZ

İrlandiyalı nazir: Dinc gələcəyə ümid vermək üçün Bakıda razılaşmanın əldə edilməsi vacibdir

Müharibə və dağıdıcı təbiət hadisələrinin viran qoyduğu dünyada dinc gələcəyə ümid vermək üçün Bakıda razılaşmanın əldə edilməsi vacibdir.

“Far.Az” xəbər verir ki, bunu İrlandiyanın ətraf mühit, iqlim və kommunikasiya naziri İmona Rayana COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

"Ötən ay Bakıda aparılan danışıqlarda Afrika İttifaqının nümayəndəsinin çağırışını eşitdim: "Biz pulsuz heç nə istəmirik, ancaq ədalət istəyirik. Xüsusilə ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün keyfiyyətli, etibarlı və əlçatan maliyyələşməyə çıxış təmin edilməlidir", - nazir qeyd edib.

Seçilən
21
far.az

1Mənbələr