AZ

Tramp qeyri-qanuni miqrantların deportasiya ediləcəyini təsdiqləyib

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp ölkədə milli fövqəladə vəziyyət elan edib və qeyri-qanuni miqrantların kütləvi deportasiya ediləcəyini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Tramp bu barədə rəsmi "Truth" sosial media platformasında paylaşım edərək, məsələyə aydınlıq gətirib.

Donald Tramp özünü etiketləyən və “Xəbərə görə, Tramp administrasiyası milli fövqəladə vəziyyət elan etməyə və qeyri-qanuni miqrantları deportasiya etməyi planlaşdırır” şəklində paylaşım edən şəxsə "Doğrudur" cavabını verib.

Qeyd edək ki, prezident seçkiləri kampaniyası zamanı Donald Tramp ABŞ-a gələn və 14 yaşından yuxarı olan hər kəsin saxlanmasına və deportasiyasına icazə verən 18-ci əsrə aid "Xarici düşmənlər aktı"nı tətbiq edərək, qeyri-qanuni miqrantları deportasiya etmək vədini vermişdi.

Seçilən
34
50
sia.az

10Mənbələr