AZ

Ukraynalı nazir: Müharibə səbəbindən bizdə hər gün meşə yanğınları olur, su və torpaq ehtiyatlarımız gündəlik çirklənir

“Qlobal iqlim hədəfinə nail olmaq istəyiriksə, Ukraynadakı vəziyyəti həll etməliyik”.

APA-nın məlumatına görə, bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk COP29 çərçivəsində Ukrayna pavilyonunda keçirdiyi mətbuat konfransında deyib.

“Biz dəhşətli vəziyyətin, təbii və ekoloji fəsadların qarşısını almağın, ekoloji təhlükəsizliyi təmin etməyin çox vacib olduğun vurğuladıq. Bu, təkcə Ukrayna deyil, həm də dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyət üçün önəmlidir”, - deyə xanım nazir vurğulayıb.

Svetlana Qrinçuk Rusiyanın apardığı müharibənin iqlimə təsiri barədə də danışıb: “Bizdə hər gün meşə yanğınları olur, su və torpaq ehtiyatlarımız gündəlik çirklənir. Bu isə əlavə emissiyaların yaranması deməkdir”.

Seçilən
20
apa.az

1Mənbələr