Ali Rada Ukraynanın 2025-ci il büdcəsini 1,55 trilyon qrivna (39,5 milyard dollar) və ya ÜDM-in 19,4 faizi həcmində kəsirlə qəbul edib.
Sfera.az xəbər verir ki, məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak yayıb.
Deputatın Telegram kanalında yazdığına görə, büdcə layihəsinin lehinə 257 deputat səs verib.
Sentyabrda hökumətin təsdiq etdiyi layihə ilə müqayisədə dövlət büdcəsi ciddi dəyişiklik olmadan qəbul edilib. Gəlirlər 2,33 trilyon qrivna (təxminən 56 milyard dollar), xərclər 3,94 trilyon qrivna (95,5 milyard dollar) səviyyəsində gözlənilir. Bu zaman müdafiə xərcləri - 2,22 trilyon qrivna (53,8 milyard dollar) nəzərdə tutulur.
Jeleznyak həmçinin bildirib ki, parlament gələn il Ukraynanın xarici maliyyələşdirməsinin 38,4 milyard dollar təşkil edəcəyini gözləyir. (Musavat.com)