İngiltərə Premyer Liqasında ən sürətli futbolçuların siyahısı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıya “Tottenhem”in futbolçusu Mikki Van de Ven (37,12 km/saat) başçılıq edir.
İlk “üçlüy”ə həmçinin “Mançester Siti”dən Mateus Nunes (36,72 km/saat), “Vulverhempton”dan Karlos Borqes (36,57 km/saat) daxil edilib.
Dördüncü və beşinci yerləri müvafiq olaraq “Nottingem Forest”dən Entoni Elanqa (35,9 km/saat) və “Çelsi”dən Mixail Mudrik (35,79 km/saat) tutub.
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland (35,74 km/saat) 6-cı pillədə qərarlaşıb.