AZ

Premyer Liqa klubu millinin debütantı ilə anlaşdı

İngiltərənin "Aston Villa" klubu yarımmüdafiəçisi Morqan Rocerslə müqaviləni uzadıb.

Fanat.Az xəbər verir ki, məlumatı Birmingem təmsilçisinin mətbuat xidməti yayıb. 

22 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

2024/25 mövsümündə Premyer Liqada 11 matçda Rocers 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Noyabrda futbolçu İngiltərə millisində debüt edib.

Seçilən
10
fanat.az

1Mənbələr