İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon "Əl-Hilal"ın futbolçusu Neymar haqda danışıb.
QOL.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.
O, karyerası ərzində qarşılaşdığı futbolçulardan ən yaxşısı Neymar olduğunu deyib: "Mən üç nəsil futbolçulara qarşı oynamışam: Zidan, Ronaldo Nazario, Messi, Kriştiano Ronaldo, İnyesta...Amma meydanda və meydandan kənar bir futbolçunu seçməli olsam Neymarı seçərəm. Həm oyunçu, həm də insani keyfiyyətlərinə görə o, 5 "Qızıl Top"u qazanmağa layiqdir".
Qeyd edək ki, Canluici Buffon və Neymar 2018-2019-cu illərdə PSJ-də komanda yoldaşı olublar.