AZ

Biz mənzil, maşın axtaranda o pul qazanır: Turbo.az, Bina.az və Tap.az-ın sahibi - Türk şirkətini $1,1 milyarda aldı

Türk dünyasında böyük alqı-satqı baş tutub.

FED.az xəbər verir ki, Türkiyənin Rəqabət, yəni antiinhisar qurumu Türkiyənin məşhur «Həpsiburada» alış-satış platformasının Qazaxıstanın elektron ticarət nəhəngi olan Kaspi.kz şirkətinə satışına icazə verib.

FED.az xəbər verir ki, daha dəqiqi, Qazaxıstan şirkəti «Həpsiburada»nın sahibi olan «D-Market Elektronik Hizmetleri ve Ticaret» şirkətinin nəzarət zərfini əldə edib.

Açıqlamaya görə, Qazaxıstan şirkəti «Hepsiburada»nın sahibi olan «D-Market»in səhmlərinin 65%-lik əsas hissəsini 1,13 milyard dollara alacaq.

Müqavilə şərtlərinə görə, 1,13 milyard dolların 600 milyon dolları dərhal, 526,9 milyon dollar isə müqavilədən 6 ay sonra ödəniləcək.

«Hepsiburada» kimin şirkəti idi?

Qeyd edək ki, indiyədək «D-Market»in nəzarət səhm zərfi  Hanzade Vasfiye Doğan Boynerə məxsus idi.

«Hepsiburada»nın səhmlərinin 20 faizi açıq şəkildə «Nasdaq»da satılır. İlin əvvəlindən bəri şirkətin səhmləri 72 faiz bahalaşıb.

«Kaspi.kz» şirkəti nə ilə məşğuldur?

Xatırladaq ki, rəsmi məlumata görə, 2008-ci ildə təsis edilən və baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşən «Kaspi.kz» şirkəti onlayn ticarətlə yanaşı, pərakəndə maliyyə və investisiya xidmətləri göstərir. Buraya onlayn kreditlər, depozitlər və pul köçürmələri aiddir.

Şirkət təkcə 2023-cü ildə 4,5 milyard dollar gəlir əldə edib, bunun 1,9 milyard dolları xalis mənfəət olub.

Kaspi.kz CEO-sundan açıqlama

«Kaspi.kz» şirkətinin CEO-su Mixail Lomtadze, bildirib ki, bundan sonra şirkət Türkiyənin 85 milyon nəfərlik bazarında çalışaaq: « Türkiyə bazarı; 85 milyondan artıq strukturu, iqtisadiyyatı və əhalisi ilə böyük potensiala malikdir».

«Kaspi.kz» şirkəti Azərbaycanda da işləyir

Xatırladaq ki, «Kaspi.kz» şirkəti Azərbaycanda da fəaliyyət göstərir Bu şirkət Azərbaycanın üç populyar elan saytının Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir.

Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt «Kaspi.kz»ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, «Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş əşyalar bazarı) və Bina.az (daşınmaz əmlak bazarı).

Seçilən
26
fed.az

1Mənbələr