2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində azı 17 492 uşaq həlak olub.
“Paralel.az ” xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 35 mindən artıq azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib, 3 500-ə yaxını isə qida çatışmazlığından əziyyət çəkir.
Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl yaydığı məlumatlara görə, ümumilikdə 44 minə yaxın fələstinli anklavda gərginliyin qurbanı olub, 104 mindən çoxu isə yaralanıb.