AZ

Rusiyadan xəbərdarlıq: Qərar dəyişdi, Bakı elan edəcək

  ABŞ-ın Ukraynaya tədarük etdiyi uzaqmənzilli raketlərlə Rusiyanın daxilinə hücuma icazə verməsindən sonra gərginlik daha da şiddətlənib. Hətta Böyük Britaniya və Fransanın da Kiyevə göndərilən ATACMS raketlərindən istifadə ilə bağlı qərarının dəyişəcəyi iddia edilir.

Son olaraq Kremlin təhlükə vəziyyətində nüvə silahından istifadə oluna biləcəyinə dair açıqlamaları narahatlığı artırıb. Rusiya-Qərb gərginliyinin genişmiqyaslı hal ala biləcəyi deyilir.

Belə bir vəziyyətdə Rusiya ilə müttəfiq olan və Qərblə əlaqələri inkişaf etdirən Azərbaycanın yanaşmasının necə olacağı maraq doğurur.

Bu sözləri Globalinfo.az-a politoloq Vaqif Hüseyn deyib ki, Rusiya-Qərb gərginliyi və ya ehtimal toqquşması fonunda Azərbaycan neytrallığını elan edəcək:

 “Biz bu gərginliyin bir parçası deyilik. Bakı münaqişələrdə tərəf tutmur. Bu, bizim uzun illərdir xarici siyasi kursumuzun əsasını təşkil edir, elə də bəsit bir yanaşma deyil. Azərbaycan yaxın və uzaq təhdidləri nəzərə alaraq hərtərəfli düşünüb belə bir qərar verir.

Fikrimcə, Qərb-Rusiya gərginliyi genişlənər, ehtimal toqquşma baş verərsə, Azərbaycan sadəcə tərəfləri uzlaşdırmaq, ya da sülh çağırışı etməklə kifayətlənəcək. Digər tərəfdən Rusiyanın hansısa müttəfiqliyi əsas gətirib bizi münaqişəyə çağırması da real deyil”.

“Nəzərə almaq lazımdır ki, Rusiya-Qərb gərginliyi illərdir davam edir və bu günə qədər Kreml nəinki Azərbaycanı, heç KTMT üzvlərini belə prosesə cəlb etməyib. Bu yanaşmanın dəyişəcəyini düşünmürəm”, – politoloq bildirib.  

Seçilən
17
1
referans.az

2Mənbələr