AZ

Lavrov Trampı təriflədi - "O, sülhün prezidentidir"

"Sülhü müdafiə edən insanlar dəstəyə layiqdirlər".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.

“Trampın Ukrayna ilə bağlı mövqeyinə gəlincə, o bildirib ki, o, müharibənin deyil, sülhün prezidentidir və ümumiyyətlə, müharibə deyil, sülh istədiyini bəyan edən insanlar, siyasətçilər, mənə elə gəlir ki, dəstəyə layiqdirlər” - Lavrov deyib.

Lavrovun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Çin və Braziliyanın təşəbbüslərini də alqışlayır.


Müəllif: Arzu
Seçilən
103
50
teleqraf.com

10Mənbələr