Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində gərgin anlar yaşayıb.
Milli.Az xəbər verir ki, uzun müddət qalmaqal yaşadığı Vəfa Şərifova ilə barışıq mövzusu onu əməlli başlı özündən çıxarıb.
Buna səbəb isə onları barışdırmaq üçün bir araya gətirən insanların bu barədə aparıcıya məlumat sızdırması Tovuzlunun xoşuna gəlməyib.
Zaur Nəbioğlunun qarşı tərəf olan Vəfanın bir araya gəlmək istəməməsini deməsi Şəbnəmi daha da əsəbiləşdirib.
Müğənni efir vasitəsilə sənətçiləri barışdırmaq istəyən həmin şəxslərə sərt sözlər deyib. Onun efir vaxtı səsi bir neçə dəfə kəsilib.
Həmin gərgin anları təqdim edirik: