AZ

Türkiyənin “Anadolu S” yük gəmisinə hücum olub

Yəmənin “Ənsar Allah” (Husi) şiə hərəkatı Qırmızı dənizdə yerləşən Türkiyənin “Anadolu S” yük gəmisinə hücum etdiyini açıqlayıb.

Husilərin sözçüsü Yəhya Sariyanın sözlərinə görə, Panama bayraqlı yük daşıyan gəmi hərəkatın dəniz qüvvələrinin xəbərdarlığına cavab vermədiyi üçün hücuma məruz qalıb. Husi sözçüsü Telegram kanalında “Gəmi donanmanın xəbərdarlığına cavab vermədiyi üçün hücuma məruz qalıb, həmçinin onun sahibi olan şirkət işğal olunmuş Fələstinin limanlarına girişi qadağan edən qərarı pozduğu üçün hücuma cəzalandırılıb” deyib.

“Anadolu S” yük daşıyıcısı İstanbulda yerləşən “Oras Shipping” şirkətinə məxsusdur. CNN Türk-ün məlumatına görə, yük gəmisi artıq iki dəfə husilər tərəfindən hücuma məruz qalıb. İlk dəfə bu, noyabrın 17-də, ikinci dəfə isə 18-də baş verib. Hər iki dəfə gəminin zədələnmədiyi, raketlərin gəmiyə dəymədiyi dəqiqləşdirilib. Yük gəmisi ərzaq məhsullarını çatdırmaq üçün Pakistanın Kəraçi limanına üzməyə davam edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr