AZ

Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva Yaşıl Zonada balıq körpələrinin suya buraxılışında iştirak edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "LU-MUN Holding" şirkətinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan balıq körpələrinin suya buraxılışında iştirak edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Yaşıl Zonada onlayn yayımlanan aksiya çərçivəsində 50 min nərə və Xəzər qızılbalığı körpələri suya buraxılıb. Aksiya Neftçalanın Yenikənd kəndində təşkil olunub.

Qeyd edək ki, həmin tədbir endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına töhfə vermək məqsədilə həyata keçirilib.

  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
  • Heydər
Seçilən
8
37
day.az

10Mənbələr