"Real" borcları səbəbindən oyunçu satmaq məcburiyyətində qalan "Lyon"un 33 yaşlı hücumçusu Alexandre Lacazeti transfer etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu yanvar transfer dövründə Lacazet üçün sürpriz bir təklif hazırlayır.
"Real" təcrübəli hücumçunu heyətinə qatmaqla komandanın gücünü artırmağı hədəfləyir.
Bu mövsüm "Lyon" forması ilə bütün turnirlərdə 14 oyuna çıxan fransız hücumçu 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Alexandre Lacazetin "Lyon" ilə müqaviləsi 2025-ci ilin iyun ayında sona çatır.