Danimarka 6 F-16 qırıcısını Ukraynaya təhvil verib, Kopenhagen Kiyevə daha 16 təyyarə tədarük etməyi planlaşdırır. Bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.
“F-16 ilə bağlı planlarımız dəyişməyib. Altı F-16 artıq Ukraynaya təhvil verilib. Daha sonra 16 F-16 Ukraynaya verəcəyik",- deyə o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Danimarkanın baş naziri Ukraynanın müdafiə sənayesinin inkişafına yardım etmək üçün 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.
Oxuməni.az