AZ

Sanders: İsrailin qırğınlarına şərik olmağı dayandırın

"Bu gün Qəzzada baş verənləri təsvir etmək mümkün deyil, lakin bu vəziyyəti daha ağrılı edən, orada baş verənlərin çoxunun ABŞ silahları və Amerika vergi ödəyicilərinin dəstəyi ilə edilməsidir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ senatoru Berni Sanders açıqlama verib.

ABŞ-nin müstəqil senatoru olan Sanders Konqresdə demokrat senatorlar Ceff Merkli, Piter Uelç və Kris Van Hollenlə keçirdiyi mətbuat konfransında sabah Senatın Baş Assambleyasına çıxaracağı qanun layihələri barədə danışıb.

Senator İsrailin Qəzzada törətdiyi qətliamların və bölgəyə humanitar yardımı qəsdən əngəlləməsinin Amerikanın müvafiq qanunlarının açıq şəkildə pozulması olduğunu və ABŞ silahlarının artıq bu ölkəyə göndərilməməsi lazım olduğunu vurğulayıb.

ƏIi Hüseynov

Seçilən
18
bakivaxti.az

1Mənbələr