AZ

Şəhərlərin planlaşdırılmamış genişlənməsi biomüxtəlifliyə təhlükədir - UN-HABİTAT

Bakı. Trend:

Şəhərlərin planlaşdırılmamış genişlənməsi biomüxtəlifliyə, ətrafmühitə, ərzaq təhlükəsizliyinə təhlükədir.

Trend xəbərverir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının MəskunlaşmaProqramının (UN-HABİTAT) icraçı direktoru Anaclaudia Rossbach“COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dairyüksək səviyyəli açılış mərasimi” zamanı çıxışında deyib.

O qeyd edib ki, bu, sosial parçalanma və fiskal geriləməyaradır.

“Binalar, mənzil və tikintilər istixana emissiyalarının 40%-əqədərinə cavabdehdir. Bununla belə, bizim böyük infrastrukturboşluqlarımız var, çünki qeyri-rəsmi məskunlaşmalarda 1 milyardinsan yaşayır. Şəhərlər iqlim dəyişikliyinə son dərəcə həssasdır.Havanın temperaturu kənd yerlərindən 10 dərəcəyə qədər yüksəkdir,sahil zolağının 90%-i dəniz səviyyəsinin qalxması və şiddətlitufanlarla üzləşir”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
35
az.trend.az

1Mənbələr