AZ

Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70 %-ə çatacağı proqnozlaşdırılır"

2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur", - deyə o qeyd edib.

Seçilən
8
2
aznews.az

9Mənbələr