AZ

Avropa İttifaqının Gürcüstanın ixracatındakı payı 10 illik minimuma düşüb

Avropa İttifaqının (Aİ) Gürcüstanın ixracatındakı payı 10 illik minimuma düşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

Məlumata görə, 2024-cü ilin 10 ayında Gürcüstandan Aİ ölkələrinə 456 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da keçən ilin göstəricilərindən 25% azdır.

Nəticədə Aİ-nin Gürcüstanın ümumi ixracatındakı payı 8,4%-ə enib. Müqayisə üçün, 2020-ci ildə bu pay 20,5%, 2015-ci ildə isə maksimum 28,3% olub.

Qeyd edək ki, ən çox ixrac olunan məhsullar arasında fındıq, mis xammalı və konsentratlar, eləcə də qiymətli metallardan olan xammallar yer alır.

Seçilən
6
1
report.az

2Mənbələr