AZ

Türkiyə mətbuatı, 20 noyabr 2024

 

“Sabah”: Ərdoğan “Tarix zülmə qarşı susanları bağışlamayacaq” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 Zirvəsi ilə bağlı açıqlamalar verib: “Tarix Qəzzadakı vəhşiliyə - bu zülmə qarşı səssiz qalanları bağışlamayacaq”.

“Hürriyet”: Nazir Bolat “İnkişaf Yolu Layihəsi uğurla tamamlanacaq” dedi

  Ticarət naziri Ömər Bolat Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin imzaladığı İnkişaf Yolu Layihəsilə bağlı bildirib: “Bu böyük layihə ortamüddətli perspektivdə uğurla başa çatacaq”.

“Star”: “Bayraktar TB3” dünya aviasiya tarixinə düşdü

  “Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatı (SİHA) dünya aviasiya tarixinə qısa uçuş-enmə zolağından enən və qalxan ilk PUA kimi düşüb. “TCG Anadolu” Gəmisində həyata keçirilən gəmi uçuş sınağı uğurla başa çatıb.

“Haber Türk”: Türkiyə kruiz turizmində cazibə mərkəzidir

  2024-cü ilin ilk 10 ayında Türkiyə limanlarına üz tutan kruiz gəmilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 1112, kruiz sərnişin sayı isə 26,8 faiz artaraq 1 milyon 766 min 323 nəfərə çatıb.

“Vatan”: Tarsus Qastronomiya Mərkəzi tez-tez ziyarət edilən məkana çevrilib

  Türkiyənin Mersin rayonunun Tarsus səmtindəki tarixi Siptilli Çarşısında açılan Qastronomiya Mərkəzi qısa zamanda dad həvəskarlarının tez-tez gəldiyi yer olub. Ziyarətçilər keçmişin izlərini daşıyan tarixi atmosferdə Adana və Mersinin yerli ləzzətlərini dadırlar.

 



Seçilən
3
trt.net.tr

1Mənbələr