AZ

"Təhlükəsizlik qüvvələri Kalininqrada təxribat törətmək üçün gələn almaniyalını saxlayıb" - Rusiya KİV

Polşa ilə sərhəddə Rusiya FTX əməkdaşları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə işləyən, Kalininqradda enerji obyektlərinə terror aktı planlaşdıran Almaniya vətəndaşını saxlayıblar.

Qaziler.az bildirir ki, onun saxlanılması ilə bağlı görüntüləri noyabrın 20-də “İzvestiya” yayıb.

"Həmin şəxsin avtomobilinə baxış zamanı bir şüşə maye aşkar edilib ki, sonradan məlum olub ki, bu, partlayıcı maddə olub. Bundan başqa, avtomobildə Nikolas Qaydukun adına olan sənədlər və pullar olub.

Saxlanılan şəxs özü şüşədəki maddə ilə bağlı suallara cavab verə bilməyib və onun maşınına necə düşdüyünü bilmədiyini təkrarlayıb. Ehtimallara görə, içindəkilər Kalininqradda enerji obyektlərini partlatmaq üçün istifadə ediləcək partlayıcı mexanizmin bir hissəsi olmalı idi. Eyni zamanda, Polşa təhlükəsizlik qüvvələri həmin şəxs ölkəni tərk edərkən şübhəli heç nə görməyib.

Aydınlaşdırılır ki, saxlanılan şəxs enerji obyektlərində təxribat məqsədilə Polşadan Kalininqrad vilayətinin ərazisinə daxil olmağa cəhd göstərməsi birinci dəfə deyil və o, bir ilə yaxındır ki, Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edir.", -"İzvestiya" yazıb.

QAZİLER.AZ

Seçilən
3
1
qaziler.az

2Mənbələr