Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu Bakıda səfərdədir.
"Cebheinfo.az" xəbər verir ki, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlib.
Uraloğlu özünün sosial media hesabında paylaşımı ilə diqqət çəkib. O, 2018-ci ildə Bakıya səfəri zamanı çəkilən foto ilə öötən gün paytaxtda çəkdirdiyi fotonu paylaşıb.
"Bakıda illər ötsə də, 2018-ci ildən 2024-cü ilə qədər tək dəyişməyən şey Azərbaycan sevgimizdir", - o paylaşımda bildirib.
"Cebheinfo.az"