Zəfər ayında və Vətən müharibəsində Qələbəmizdən sonra Qlobal İqlim Zirvəsinin uğurla keçirildiyi hazırki tarixi günlər Ali Baş Komandanın liderliyinin dünya miqyasında nümayişinə çevrildi.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. O, təklif edirib ki, Hökumət vahid sənəd-Enerji Keçidi Strategiyasını qəbul etsin.
“Belə dövrdə ölkəmizin uğurlu inkişafına xidmət edən ali maliyyə sənədi-2025-ci ilin dövət büdcəsi ilk növbədə, regional və beynəlxalq təhlükələr nəzərə alınmaqla hazırlandığı üçün onu “təhlükəsizlik büdcəsi” adlandıra bilərik. Digər tərəfdən, dövlətin bütün sosial öhdəlikləri yerinə yetirə biləcək səviyyədə layihədə əksini tapıb. İlk növbədə, planetar hadisəyə çevrilən İqlim sammitinin dünyəvi nəticələrini nəzərə alaraq, xatırlatmaq istərdik ki, Prezidentin 2011-ci il sərəncama görə enerji sektorunun inkişafı üzrə uzunmüddətli strategiyanın hazırlanması tapşırılıb. Bir çox əhəmiyyətli işlər də görülüb. Xatırladaq ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair, milli prioritetlərdə yaşıl keçid 5 hədəfdən biri kimi müəyyənləşib.
Böyük Qayıdış üzrə dövlət proqramının icrası hazırda bir nömrəli məsələyə çevrilib. Azad torpaqlarda yüzlərlə sahibkarlıq subyekti fəaliyyət göstərir. Məcburi köçkünlərin və biznes subyektlərin yaratdıqları təsərrüfatlara ötən il parlamentdə qəbul edilən 10 illik vergi güzəştlərinə baxmayaraq, işğal dövründə məskunlaşdırmadan fərqli olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundan əldə olunan ilkin gəlirlər mövcuddur. Təklif edirik ki, azad torpaqlardan müxtəlif növ gəlirləri büdcə qanununda ayrıca sətirlə göstərilsin. Nəticədə, Böyük Qayıdışın iqtisadi inteqrasiyada çəkisini və sosial geridönüşləri, Qarabağın və azad torpaqların ölkəmizin inkişafında tədricən formalaşan payını hesablamaq mümkün olardı.
Bölgələrə qayıdan köçkünlər artıq yeni status qazanırlarmı, onların köçkünlük statusu saxlanılırmı, yoxsa fərqli status verilir? Təmsil etdiyimiz Komitə müvafiq dövlət qurumu ilə birlikdə Böyük qayıdışa dair qanun layihəsi hazırlayıb və onun qəbulu, bir köçkünün evini kirayədə verməsi ətrafında informasiya məkanında maraqlı dairələr tərəfindən məcburi köçkünlər-dövlət orqanları arasında narazılığa çalışan dairələrin planları kimi gələcəkdə istənilən parçalanma ssenarilərini pozmağa imkan verər. Yeni Vətən quruculuğu kimi müqəddəs işə xələl gətirmək istəyənlərin qarşını almaq üçün müvafiq hüquqi baza Qayıdış hərəkatını qabaqlamalıdır".
Deputat həmçinin təklif edir ki, sərhəd kəndlərində məskunluğun möhkəmləndirilməsi və kəndə dönüşə dair dövlət proqramı qəbul edilsin.
"Azərbaycanın quru sərhədləri ümumilikdə 2667 km təşkil edir. Vətən müharibəsində qələbəmizlə bərpa olunan 500 km-dən artıq sərhədlər milli sərvətimizdir. Qazax rayonunun 4 kəndinin silahlı əməliyyatlar olmadan azad edilməsi Qarabağdan kənarda əldə olunan mühüm tarixi qələbədir. Xatıladaq ki, ölkəmizdə 4244 kənd mövcuddur. Müqayisə üçün deyək ki, Ermənistanda 963, Gürcüstanda 3663, ölkəmizlə eyni əhaliyə malik Belarusda isə 23 min kənd var. Diqqətinizi sərhəd kəndlərinə yönəltmək istərdik. Çünki onlar hərbi təhlükəsizlik əhəmiyyəti daşıyır. Təsadüfi deyil ki, 9.8 milyon kvadrat km-lik Çin dövlətinin rəhbəri Si Tsinpin kəndləri ucqar, diqqət və qayğıdan uzaq yerlər deyil, ölkəsinin birinci qoruyucu xətti adlandırır. Təəssüf ki, sərhəd kəndlərində yaşayan əhali sayına dair açıq mənbələrdə məlumat yoxdur. Lakin əsas məsələ, növbəti illərdə sərhəd kəndlərində əhalinin daimi yaşamasını, daxili miqrasiya və emiqrasiyadan qorunmasını hədəfləyən tədbirləri gücləndirməkdir. Məqsədli sənəddə, elektrik, qaz, internet tarifləri və digər kommunal ödənişlərin 2 dəfə azaldılması, təhsil və səhiyyə, eləcə də təsərürfat və turizm sferalarında çalışanlara xüsusi imtiyazların verilməsi məqsədəuyğun olar. Kəndlərin boşalmasına yol verilməsi cəbhə xəttinin yalnız hərbçilərin qoruduğu bir reallıq yaratmaqdır. Əhaliyə söykənməyən ordu özünü gücsüz hiss edir.
Növbəti mühüm məsələ, bağçaların sayına diqqətinizi cəlb etmək istərdik. Ölkəmizdə 1 844 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onlardan 1 696 ədədi dövlət, 148 ədədi özəldir. 1-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirakı 2023-cü ildə isə 35.3% təşkil edib. Lakin uşaqların sayına düşən bağçaların sayı 14 yaşınadək uşaqların 2.216 min olduğunu nəzərə aldıqda, 1200 nəfərə 1 bağça düşür. Əhali sayı 5.7 milyon olan Qırğızıstanda baçğa və körpələr evinin sayı eynilə bizdə olduğu qədər, yəni 1843 təşkil edir, Belarusda isə 3 min 879 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Ölkədə bağça tikənlərdən 10 il vergi alınmasa, o cümlədən, Bakı şəhərində bütün yeni tikilən çoxrmətəbli binaların 1-ci mərtəbəsində baçların layihələndirilməsi tələbi qoyulsa, uşaqların gələcəyi üçün mühüm qərarlardan biri olar.
Polis Akademiyasının məzunu 22 yaşından başlayaraq, 20 ildə xidmət etdikdən sonra 44 yaşında təqaüdə gedə bilər. Polis mayoru sahə və əməliyyat-axtarış müvəkkilinin əmək haqqı 950 manata yaxındır. Gəlin araşdıraq, polislərin tez təqaüdə getməsi Daxili İşlər Orqanlarının fəaliyyətinə necə təsir edir? Hər kəs yaxşı bilir ki, müasir kommunikasiya-informasiya texnologiyları əsrində daxildə təhlükələr və cinayətkarlığın yeni növlərinə qarşı mübarizə əvvəlki illərdən daha çox peşəkarlıq tələb edir. Bir narkotika cinayətinin açılması üçün əvvəlki illərdən 3-4 dəfə çox insani, vaxt və peşəkarlıq resursları tələb olunur. 44-50 yaşında olan polis təqaüdə göndərilərsə, biz onların yerini kimlərə veririk. Daxili İşlər Orqanları dövlətin qoruyucu zirehi, ictimai təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm xidmətləri olan qüvvələrdir. Hər birimiz saat 9-18-dək iş rejiminə malikik, lakin polis hər gün 14-16 saatlıq rejimdə xidmət aparır. Qlobal İqlim sammitinin təhlükəsizliyində bütün dövlət orqanları ilə yanaşı, yol polisindən, patrul xidmətinə, sıravidən ali rəis heyətinə qədər hamısı fədakarlıqla çalışırlar. Müqayisə üçün, Rusiyada polisin orta maaşı bizdən aşağıdır-680 manat, Ukraynada 511 manat təşkil edir. Lakin nəzərə alaq ki, Rusiyada əhalinin 100 min nəfərinə düşən polis əməkdaşlarının sayı 623, ABŞ-da müvafiq göstərici 256 nəfərdir. Ölkəmizdə müvafiq nisbət sizə məlumdur. ABŞ-da polisin orta aylıq maaşı 11000 manat, Macarıstanda 1700 manat, Yaponiyada 7400 manat təşkil edir. Əlbəttə, belə müqayisələr müxtəlif parametrlərə görə mötəbər, dəqiq indikatorlar deyil. Çünki adambaşına düşən ÜDM, milli gəlirin səviyyəsi və paylanması əhəmiyy\tli parametrlərdir. Lakin Vətən müharibəsində şəhid olan, pandemiyada 7-24 rejimində çalışan və hazırki mürəkkəb regionan-beynəlxalq şəraitdə ölkəmizdə konstusin quruluşu, dövlət hakimiyyət orqanlarının normal çalışmasını və ictimai asayişi ləyaqətlə qoruyan polislərin maaşının artırılmasına çox ehtiyac var.
Növbəti ilin büdcə layihəsininin plenar iclasa təklfi edərək, inanırıq ki, səslənən təkliflərə diqqətlə yanaşılacaqdır”.
Türkan İSGƏNDƏRLİ