Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın nüvə silahından istifadə şərtlərini dəyişdirən yeni nüvə doktrinasını qəbul etməsinə münasibət bildirib.
“Milliyet”in məlumatına görə, Türkiyə lideri Moskvanın bu addımını “adi silahlara qarşı yönəlmiş tədbir” adlandırıb. O hesab edir ki, Şimali Atlantika Alyansının rəhbərliyi Rusiya doktrinasında dəyişiklikləri nəzərdən keçirməlidir.
Bununla yanaşı, Ərdoğan əmindir ki, ölkəsi Ukrayna və Rusiya ilə ikitərəfli münasibətləri qorumalıdır. O, tezliklə atəşkəs və sülhə ümid edir: “Nüvə silahlarının istifadə olunduğu müharibənin müsbət tərəfi olduğunu deyə bilmərik. Xüsusilə də Ukraynanın son vaxtlar istifadə etdiyi raketlər bu vəziyyətin nəyə çatdığını və çatacağını göstərir. Türkiyə olaraq bütün bu neqativlərə qarşı mövqeyimizi qoruyur və vəziyyətin sülhə doğru inkişafını gözləyirik”.
//Samir Qurbanov, Editor.az