AZ

Kreml sahibi ikisindən birini seçməli: nüvə silahından istifadə, ya da...

"Kremlin yeni nüvə doktrinasına görə, Rusiya ərazisinə istənilən hücuma qarşı nüvə silahından istifadə edilə bilər. Yəni bu doktrinaya görə Rusiyanın Ukraynanın ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbələri qarşılığında nüvə başlıqlı raketlərdən istifadəsi mümkündür."

Moderator.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz sosial media hesabında qeyd edib:

"Yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir, gərək tək Ukraynaya qarşı deyil, ona raketlər verən ölkələrə qarşı da nüvə başlıqlı silahlardan istfadə etməlisən. Bu isə nüvə müharibəsinin başlanması deməkdir. Çünki hədəf seçilən ölkələrin də nüvə silahı var, onlar da səni vuracaq.  Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin çətin seçim qarşısındadır. O ya yeni doktrinaya uyğun hərəkət etməli, ya da Rusiya ərazisinin ABŞ, Böyük Britaniya və digərlərinin raketləriylə vurulmasını seyr etməkdə davam etməlidir. Birinci addımı dünyanı fəlakətə sürükləyirsə, Putinin ikinci seçimi onun imicinə mənfi təsir edəcək. Kreml sahibi ikisindən birini seçməli, ya da vasitəçilərin Kiyevlə danışıqlar şərtini qəbul etməlidir."

Seçilən
1
46
moderator.az

10Mənbələr